Yanvarın 3-dən bərpa edilən Bakı–Balakən–Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90 %-dən çox olub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.
Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.
Sərnişinlərə "Standard, "Standard+" və "Business" sinifləri üzrə səyahət imkanları təklif olunur. Bakıdan Yevlax stansiyasına minimum qiymətlər "Standard" sinif üzrə 13,1 manat, "Standard+" sinif üzrə 17,6 manat, "Business" sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər "Standard" sinif üzrə 14,8 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə "Standard" sinif üzrə 16,4 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 67,7 manatdır. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər "Standard" sinif üzrə 18 manat, "Standard+" üzrə 27 manat, "Business" sinif üzrə 72 manatdan başlayır.
Bu marşrut üzrə qatarların yenidən fəaliyyətə başlaması ilə şimal-qərb regionu üzrə yarım milyona yaxın vətəndaşa ADY-nin qatarlarından istifadə etməklə rahat və təhlükəsiz səfər etmək imkanı yaradılır. Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər.
Dünən, 15:23
Dünən, 15:22
Dünən, 15:21
Dünən, 15:18
Dünən, 15:17
Dünən, 11:52
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30