Bu, mümkündür? İş prinsipi baxımından nə qədər real görünür?
Azdin.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, sözügedən qurumların birləşdirilməsi mümkündür:
Partiya sədri deyib ki, dövlət idarələrinin effektiv işləməsini təmin etmək üçün büdcəyə qənaət edilməlidir:
“Çoxsaylı nazirliklərin, komitələrin, səhmdar cəmiyyətlərinin və ya publik hüquqi şəxslərin yaradılması dövlət büdcəsinə böyük zərbələr vurur. Elə komitələr var ki, onların gördüyü iş Nazirlər Kabinetinin bir şöbəsi qədər deyil. Amma adını nazirlik və ya komitə və sair qoyublar. Bir-birini təkrarlayan qurumlar birləşdirilməlidir”.