Atatürk prospektində yolda məhdudiyyət qoyuldu

Atatürk prospektində yolda məhdudiyyət tətbiq edilib.
 
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
 
Nərimanov rayonunun Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
 
Bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir.

Xəbər lenti
Çox oxunanlar