"Xaricdə təhsil alanlar ölkəyə mənfi xüsusiyyətlər gətirir" - Siyavuş Novruzov

Kim Avropada təhsillə bağlı diplom gətirirsə, bütün strukturlar qaça-qaça onu işə götürürlər".azdin.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.O bildirib ki, Azərbaycanda 200 bal toplaya bilməyənlər xaricdə pul verib diplom alırlar, bütün strukturlar onları işə götürürlər ki, xaricdə təhsil alıblar:
“Bəs bizim universiteti bitirənlər necə olsun? Çalışmalıyıq ki, öz kadrlarımızı yetişdirək, təhsili inkişaf etdirməliyik. Xaricdə təhsil alanlar ölkəyə qayıdanda özləri ilə yeni əqidə, psixologiya, adət-ənənə, mənfi xüsusiyyətlər gətirir. Biz öz dövlətçiliyimizi qoyumalıyıq”.

Xəbər lenti
Çox oxunanlar