ASAPES-də tələbələrə YAP-ın üzvlük vəsiqəsi verildi - FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “Tədrisin təşkili və idarə edilməsi” departamentinin direktoru, Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının sədri Rafail Novruzov ASAPES-in tələbələri Əmrah Həsənli, Arif Şükürlü, Elgün Əsgərzadə və Əsəd Qurbanlını qəbul edib.
azdin.az xəbər verir ki, görüşün təşkilində əsas məqsəd tələbələrə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələrinin təqdim edilməsi olub.Görüşdə YAP-ın sədr müavinləri Rəhim Xəlilov və Qabil Yusifov da iştirak edibilər.
Tədbirdə çıxış edən Rafail Novruzov Akademiyanın ərazi partiya təşkilatının son 1 ildə gördüyü işlər haqqında hesabat təqdim edib, 2023-2024-cü illərdə görüləcək işlər və keçiriləcək tədbirlər haqqında məlumat verib.
Rafail Novruzov YAP-ın üzvlük vəsiqələrini alan tələbələrə partiyanın təşkilatı işlərində uğurlar arzulayıb. Öz növbəsində YAP sədrinin müavinləri də tələbələrə gələcək fəaliyyətlərində ugurlar arzu ediblər.

Xəbər lenti
Çox oxunanlar