Mobil operator “Nar” ötən il ərzində göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqlayıb.
"Azdin.az" xəbər verir ki, 2022-ci ildə müştərilərinə təqdim etdiyi xidmətin keyfiyyətini üstün səviyyədə saxlamağı bacaran “Nar” abunəçilərinin böyük əksəriyyətinin razılığını qazanıb.
2022-ci ildə müxtəlif sorğularla “Nar” mərkəzlərini ziyarət edənlərin 98.6%-i göstərilmiş xidmətdən məmnun qalıblar. Ötən ilin hesabatına əsasən, 777 Çağrı Mərkəzi və Nar+ tətbiqinə müxtəlif sorğularla 2 milyona yaxın abunəçi müraciət edib. Çağrı Mərkəzində göstərilən xidmətdən abunəçilərin 89%-i, Nar+ tətbiqindən yararlananlardan isə 87%-i razılıq bildirib.
Abunəçilərinə sosial şəbəkələr üzərindən də sorğu göndərməyə imkan yaradan “Nar” sosial platformalarda 16 mindən çox abunəçi müraciətini cavablandırıb. Daxil olan müraciətlərə orta hesabla 5 dəqiqə ərzində cavab verilib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.
Mobil operator göstərilən xidmət səviyyəsini artırmaq üçün 2023-cü ildə də müştəri mərkəzlərini yeniləməyə davam edir. Bundan başqa, abunəçilərə özünəxidmət rahatlığı verən Nartətbiqinin təkmilləşdirilməsi bu il üçün qoyulan əsas hədəflərdəndir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Bu gün, 17:29
Bu gün, 14:01
Bu gün, 13:56
Bu gün, 13:55
Bu gün, 10:45
Bu gün, 10:44
5-07-2025, 15:23
5-07-2025, 15:22
5-07-2025, 15:05
5-07-2025, 15:04
5-07-2025, 13:15
4-07-2025, 14:31
4-07-2025, 14:28
4-07-2025, 12:21
4-07-2025, 11:40
4-07-2025, 11:38
4-07-2025, 11:34
4-07-2025, 11:09
4-07-2025, 09:45
3-07-2025, 15:14