Yasamalda qəbristanlıqdan oğurluq edən şəxs saxlanıldı


Yasamal rayonu ərazisində yerləşən qəbristanlıqda məzarların kənarından dəyəri 3000 manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub. 

Daxili İşlər Nazirliyindən "azdin.az"a verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov  müəyyən olunaraq saxlanılıb.

Xəbər lenti
Çox oxunanlar