Azərbaycan Rusiyadan bu məhsulların idxalını dayandırdı

"Rosselxoznadzor" Rusiya Federasiyasının iki müəssisəsinin quş əti məhsullarının Azərbaycana ixracını dayandırıb.

"Azdin az" xəbər verir ki, bu barədə Azərbaycan tərəfi "Rosselxoznadzor"a müraciət ünvanlayıb. 

Məlumata görə, Indyuşkin Dvor şirkətinin və Blaqodarnenski ət və quşçuluq zavodunun məhsullarında salmonella aşkar edilib.

Azərbaycan tərəfinin xəbərdarlığından sonra "Rosselxoznadzor" təqdim edilən faktlar üzrə araşdırma aparacaq.

Xəbər lenti
Çox oxunanlar