Yaponiyanın Baş naziri Fumio Kişida ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşdə Tayvan boğazında sülhün və sabitliyin qorunması üçün birgə işləmək barədə razılığa gəlib.
azdin.az Yaponiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş nazir görüşdən sonra jurnalistlərə bildirib. Biz həmçinin Tayvan boğazında sülh və sabitliyin qorunması üçün davamlı sıx əməkdaşlığı təsdiqlədik", - Kişida qeyd edib.
Baş nazir bildirib ki, Tokio Çinin təlimlərini və raket buraxılışlarını pisləyir: "Mən spiker Pelosiyə məlumat verdim ki, Çin ballistik raketlərinin Yaponiya sularına, o cümlədən eksklüziv iqtisadi zonaya düşməsi bizim milli təhlükəsizliyimizi təhdid edir və Yaponiya bu cür hərəkətləri qəti şəkildə pisləyir", - Kişida bildirib.
Baş nazir həmçinin Çinin davranışlarının regionda və ondan kənarda sülh və sabitliyə ciddi təsir etdiyini deyib.
Bu gün, 15:11
Bu gün, 14:53
Bu gün, 14:49
Bu gün, 11:03
Bu gün, 10:10
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41