Müqəddəs Nikolay kilsəsinin rektoru bıçaqlanaraq öldürüldü - VİDEO

Moskva vilayətində Müqəddəs Nikolay kilsəsinin rektoru Sergey Lopuxov bıçaqlanaraq öldürülüb.
azdin.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, keşişin meyiti Presnova küçəsində kilsənin girişindəki pilləkənlərdə tapılıb. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıbİstintaqın ilkin nəticələrinə görə, 2022-ci il avqustun 24-də səhər saat 9 radələrində Domodedovo rayonunda məktəb müəllimi kilsənin rektoruna bıçaqla hücum edib və otaqlardan birini yandırıb. Məlumata görə, zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Xəbər lenti
Çox oxunanlar