Rusiya prezidenti Vladimir Putinin valideynlərinin məzarı üzərinə məktub qoyan 60 yaşlı Sankt-Peterburq sakini İrina Tsıbanevaya qarşı cinayət işi açılıb.
azdin.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilir ki,Primorski Rayon Məhkəməsi 60 yaşlı İrina Tsıbanevanın həbs müddətini 72 saat uzadıb. Onun əməli siyasi nifrət yaratmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci hissəsinin “b” bəndi -red.), dəfn yerlərini təhqir etməkdə şübhəli bilinir.
Məlumata görə, oktyabrın 6-da bir qadın Serafimovski qəbiristanlığında prezidentin valideynlərinin məzarı üzərinə təhqiramiz məzmunlu qeydlər qoyub. Hüquq-mühafizə orqanları bunu "cəmiyyətdə qəbul edilmiş normalara zidd olan kinli, əxlaqsız hərəkətlər" kimi qiymətləndiriblər.
Qeyd edək ki, Putinin valideynləri Vladimir Spiridonoviç Putin və Mariya İvanovna Putinanın (Şelomova) məzarları Sankt-Peterburqdakı Serafimovski qəbiristanlığında yerləşir.
Bu gün, 15:11
Bu gün, 14:53
Bu gün, 14:49
Bu gün, 11:03
Bu gün, 10:10
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41