"Birbank"da yaranan problemdən sonra kartlardakı vəsaitlər silinib? - "Kapital Bank"dan AÇIQLAMA

“Kapital Bank” ötən gün “Birbank” mobil tətbiqinin fəaliyyətində yaranan problemdən sonra bəzi müştərilərin hesablarından vəsaitlərin silinməsi ilə bağlı iddialara aydınlıq gətirib. 
 
Bankdan Azdin.az-a bildirilib ki, “Birbank” mobil tətbiqində problem yarandığı üçün vəsaitlər görünməyib: 
 
"Texniki problem həllini tapdıqdan sonra hər şey qaydasına düşdü. Hazırda vəsaitlərlə bağlı problem yoxdur", - məlumatda qeyd olunub.
 

Xəbər lenti
Çox oxunanlar