Bakıda maşın idman zalına girdi - Sürücü öldü

Bakıda avtomobil idarətmədən çıxaraq idman zalına girib.
 
Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
 
2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
Çox oxunanlar