Naxçıvanda "vəzifəli şəxs" dələduzluq edərkən saxlanıldı

Naxçıvanda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Azdin.az-a Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən bildirilib.
Keçirilən tədbirlərlə vətəndaşların etibarından sui-istifadə etməklə çalışdıqları yerlərdə vəzifələrini artırmaq vədi verərək onların maddi vəsaitlərini ələ keçirən 40 yaşlı Elşən Qurbanov barəsində cinayət işi başlanılıb.
E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.

Xəbər lenti
Çox oxunanlar