Qusar Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Q.Q.-nin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.
İttihama görə, Q.Q. Qusar Rayon Mərkəzi Xəstəxanasının maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində çalışıb. O, 2023-cü illərdə xəstəxananın 20 045,82 manat pulunu mənimsəyib.
Q.Q. istintaq dövründə törətdiyi cinayət əməlini səmimi etiraf edib. Bildirib ki, mənimsədiyi pulları xəstəxanaya geri qaytarıb, əməlindən peşmançılıq hissi keçirir.
Bu gün, 15:11
Bu gün, 14:53
Bu gün, 14:49
Bu gün, 11:03
Bu gün, 10:10
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41