Kürdə batmaq təhlükəsi ilə üzləşən yaşlı qadın xilas edildi, sonra isə vəfat etdi

Mingəçevirdə çayda batmaq üzrə olan yaşlı qadın xilas edilib.
"Azdin.az"ın məlumatına görə, hadisə Kür çayının Mingəçevirin Sahil parkı ərazisindən keçən hissəsində baş verib. Gözlənilmədən çaya düşərək batmaq üzrə olan 1955-ci il təvəllüdlü Hüseynova Qəmər Kazım qızı FHN-nın  Aran dalğıc axtarış qrupunun əməkdaşı tərəfindən  xilas edilərək sahilə çıxarılıb. Ətrafdakılar yaşlı qadını xəstəxanaya aparmaq istəyərkən, o, sahildə ölüb.
Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti
Çox oxunanlar