Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azdin.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Elçin Əzizov ifadə verib.
O, bəzi silahlı qruplaşmalarla əlaqəsi olduğunu bildirib: "Mən Türkiyədə yardım qruplarında iştirak etmişəm. Sonradan həmin qrupla Suriyaya getmişəm. 4 ay Suriyada qalmışam. Əvvəlcə başqa bir silahlı qruplaşma ilə bağlı həbs olunmuşduq. İstintaqın sonunda bizi İŞİD-lə əlaqələndirdilər".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə Suriyada müharibə dayanıb: "İdlibdə həyat normal məcraya düşdü. Həmin vaxtdan sonra keçmiş hökumət rejiminə qarşı mübarizə başladı. Mən özüm orada olmuşam. Oranı yaxşı tanıyırdım. Elşəni də həmin vaxt yardımlar paylayanda tanıdım. Azərbaycana gələndən sonra Elşənə müxtəlif məbləğlərdə pullar göndərmişəm. Pulu Türkiyəyə göndərmişəm, oradan da götürüblər. Mən 350 manat miqdarında pul göndərmişəm".
Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, Xəqani Ömərovla tanış olmayıb, onu məhkəmədə görüb.
Növbəti proses avqustun 12-nə təyin olunub.
İttihama görə, mütəşəkkil dəstənin üzvləri Şükür Həmidli və Elşən Mustafayev "İŞİD"in tərkibində çoxsaylı silahlı münaqişələrdə iştirak edib, Suriya Ərəb Respublikasının ərazində terrorçu qruplaşmaların tərkibində silahlı birləşmələrə qoşulub, Suriya silahlılarına qarşı döyüşüblər. Azərbaycanın hüdudlarından kənarda insanları vahiməyə salan partlayışların həyata keçirilməsində və digər cinayətlərdə iştirak ediblər.
Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onlar 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23