Tovuzda dönərdən zəhərlənən 36 nəfər evə buraxıldı

Tovuz rayonunda dönərdən zəhərlənən şəxslər evə buraxılıb.

Bu barədə Azdin.az-ın yerli bürosuna Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, zəhərlənənlərin sayı 36 nəfər olub: "Onlara lazımı tibbi yardım göstərilib, stasionar nüalicəyə ehtiyac olmayıb".

Qeyd edək ki, zəhərlənən şəxslər "022 Dönər evi"ndən dönər alıb yeyiblər. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iaşə müəssisəsindəki qida məhsullarından nümunələr götürərək laborator müayinələrə cəlb ediblər.
Dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.

Xəbər lenti
Çox oxunanlar