Ali Məhkəmədə iş adamına hücum edərək onun yarım milyon manata yaxın pulunu almaqda təqsirləndirilən dəstə üzvlərindən biri Yusif Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az Pravda.az-ın əldə etdiyi məlumata əsasən xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd: 1979-cu il təvəllüdlü Yusif Əliyev Rusiyada tutularaq, ötən ilin may ayında Azərbaycana ekstradisiya edildikdən sonra onun barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, Yusif Əliyev tanışı, iş adamı Bəxtiyar M.-in valyutadəyişmə işi ilə məşğul olduğunu bilib. Hadisə günü iş adamı yarım milyon manata yaxın pulunun (rubl, dollar və manatdan ibarət) təhlükəsizlik məqsədilə yerini dəyişib. O, pulları noutbuk çantasına yığaraq Yasamal rayonu ərazisindəki evindən Nərimanov rayonunda yerləşən evinə gətirib. Yusif Əliyev bundan məlumatlı olduğu üçün tanışı Faiq və Elşən adlı şəxsləri həmin binaya göndərib və pusqu qurub. Özü isə kənarda avtomobildə gözləyib. Bəxtiyar M. binaya daxil olarkən Faiq ona hücum edərək zərbələr endirib və pulla dolu çantanı götürərək qaçıb. Onlar avtomobillə ərazidən uzaqlaşıblar və pulları aralarında bölüblər. Bundan sonra Yusif ölkədən qaçıb. Faiq və Elşən isə tutulub. Daha əvvəl keçirilmiş məhkəmə prosesinin nəticəsində onların hər birinə 11 il həbs cəzası verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (Quldurluq - 181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədilə və sağlamlığa ağır zərər vurulmaqla) maddələri ilə təqsirli bilib. Əvvəllər biznes fəaliyyəti ilə məşğul olmuş, ali təhsilli, 1 uşaq atası Yusif Əliyevə məhkəmənin hökmü ilə 11 il 6 ay həbs cəzası verilib.
Dünən, 15:45
Dünən, 10:15
Dünən, 10:13
Dünən, 10:12
Dünən, 10:06
1-07-2025, 16:02
1-07-2025, 16:01
1-07-2025, 15:55
1-07-2025, 15:53
1-07-2025, 15:52
1-07-2025, 09:57
1-07-2025, 09:46
1-07-2025, 09:44
30-06-2025, 15:23
30-06-2025, 15:22
30-06-2025, 15:21
30-06-2025, 15:18
30-06-2025, 15:17
30-06-2025, 11:52
27-06-2025, 15:13