Ağdərədə mina partlayıb, xəsarət alan var

Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib.
 
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.
 
1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
 
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar