Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlandı

Bakıda şadlıq sarayında qadının pul qabısı oğurlanıb.
Bu barədə azdin.az a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə rayon ərazisindəki şadlıq saraylarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 ABŞ dolları olan pul qabısının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramal Mirişov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olması da məlum olub.

Xəbər lenti
Çox oxunanlar