Göyçayda 72 yaşlı kişini moped vurdu

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
azdin.az ın bölgə müxbiri xəbər verir ki, şəhər ərazisində yolu keçən piyada, 1950-ci il təvəllüdlü Quliyev Elman İsmayıl oğlunu moped vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar