Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
azdin.az ın xəbərinə görə, bu barədə rayon məhkəməsində qərar elan olunub.Hazırda istintaq davam edir.
Qeyd edək ki, hadisə dekabrın 2-də rayon ərazisində qeydə alınıb.
Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.
Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra F.Cəlilzadə şübhəli şəxs qismində saxlanılıb.
Bu gün, 15:11
Bu gün, 14:53
Bu gün, 14:49
Bu gün, 11:03
Bu gün, 10:10
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41