Bakıda 50 minlik qızıl oğurlayan dəstə üzvləri məhkəmə qərarı açıqladı

Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Rəşad Novruzov və Hikmət Arzumanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov rayonu ərazisindəki mənzillərdən birinə daxil olaraq oradan çəkisi 99 qram olan qızıl boyunbağı oğurlayıb. Oğurlanan zinət əşyası 50 min manat dəyərində qiymətləndirilib. Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən R.Novruzov və H.Arzumanov saxlanılıb.

 

Xəbər lenti
Çox oxunanlar