Gəncədə 37 yaşlı kişi bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.

1986-cı il təvəllüdlü Alim Qurbanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin ehtimala görə, o, tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar