Məhkəmə atasını bıçaqlayan şəxslə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində atasını bıçaqlamaqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Emin Mahmudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmim edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd: Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evdə baş verib. Emin Mahmudov ailə münaqişəsi zəminində atası Yuri Mahmudov ilə mübahisə edib və deşici-kəsici alətlə onun qarın nahiyəsindən qəsdən vurub. Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, baş vermiş hadisə ehtiyatsızlıqdan olub.

Xəbər lenti
Çox oxunanlar