Binanın qarşısında arvadını xüsusi amansızlıqla bıçaqlayan qısqanc kişiyə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla bıçaqlamaqda və xuliqanlıqda təqsirləndirilən Əli İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 21 avqust 2022-ci il tarixdə, saat 20:30-da Gəncə şəhəri, R.Rəhimov küçəsində yerləşən 6 nömrəli binanın yanında qeydə alınıb. Belə ki, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Əli İsmayılov qısqanclıq zəminində qohumu olan həyat yoldaşı Gültəkin İsmayılovanın bədəninin kürək və digər nahiyələrinə ümumilikdə 5 bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən əvvəl Gültəkin İsmayılova boşanmaq üçün məhkəməyə müraciət edibmiş.

Xəbər lenti
Çox oxunanlar