Salyanda ev yanıb

Salyan rayonunun Aşağı Noxudlu kəndində ümumi sahəsi 65 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 45 m² sahədə və ev əşyaları yanıb.

FHN-dən azdin.az-a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
Çox oxunanlar