Bakıda 150 minlik dələduzluq edən şəxsdən xəbər var

    
Bakı Apellyasiya Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Tələt Əlizadənin barəsindəki cinayət işi üzrə qərardan yenidən zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Korrupsiya az ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tələt Əlizadə 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.Qeyd: Tələt Əlizadə zərərçəkmiş Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib. Belə ki, ondan borc olaraq ümumilikdə 150 min manat pul alıb. Ona söz verib ki, əgər borcu qaytara bilməzsə, paytaxtdakı evlərindən birini verəcək. Lakin nəticədə T.Əlizadə zərərçəkmiş şəxsə olan borcu ödəməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər lenti
Çox oxunanlar