Gədəbəydə maşın aşdı, sürücü öldü

Gədəbəydə avtomobil aşıb.

Azdin.az xəbər verir ki, hadisə Gədəbəy-Şınıx avtomobil yolunda qeydə alınıb.

30 yaşlı Hafiz Abdullalı etibarnamə ilə idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb.

Sürücü Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, aldığı xəsarətlərdən orada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar