Bulağa gedən qızı qaçıran şəxslərin cəzaları ağırlaşdırıldı

Gəncə Apellyasiya Məhkəməsində adam oğurluğunda, zorlamağa cəhd və seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Samir Hüseynli və qohumu və tanışları adam oğurluğunda ittiham olunun – Saqif Əliyev, Qabil Məmmədzadə, Kənan Qurbanov, Namiq Əsədov, Nizam Səmədovun (hamısının ad, soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. 

Belə ki, Samir Hüseynlinin 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 ilə, digərlərinin isə 2 il həbs cəzası 8 ilə qaldırılıb.

 İttihama görə, hadisə 25 iyun 2021-ci il tarixdə Göygöl rayonu ərazisində qeydə alınıb. Samir Hüseynli evlənmək məqsədi ilə qohumu və tanışları – Saqif Əliyev, Qabil Məmmədzadə, Kənan Qurbanov, Namiq Əsədov, Nizam Səmədovla birgə rayon sakini Günay Məmmədovanı bulağa gedərkən qaçırıb. Sonra Samir qızı zorlamağa cəhd edib və ona seksual xarakterli zorakılıq hərəkətləri edib.

Hadisədən sonra həmin şəxslər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar