Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda qız qaçırmaqda təqsirləndirilən Zamir Həsənov və onun dayısı oğlu Samir Qafarovun (hər ikisinin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxsə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd: Hadisə 20 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Zamir Həsənov evlənmək məqsədi ilə dayısı oğlu Samir Qafarovla birgə 2005-ci il təvədllüdlü Məleykə Məmmədovanı (şərti) qaçırıb. Onlar qızı onun yaşadığı ev istiqamətində piyada hərəkətdə olan zaman Samirin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə zorla mindirərək aparıblar.
Daha sonra hər iki şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.