Gəncədə 19 yaşlı oğlanı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü Adil Allahverdiyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar