Bakı Apellyasiya Məhkəməsində Dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Emin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Sərdar Babayev Maide.az saytının rəhbəri olub. O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub. Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.