Cəlilabadda qəza olub, xəsarət alanlar var

Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar