Bakıda avtomobil gənc qızı vurub

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Toyota Prius” markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Aydan Aydın qızı Mikayılovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti
Çox oxunanlar