Avtomobili aşıraraq oğlunun ölümünə səbəb olan ataya şərti cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən E.İsmayılovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.


Azdin.az ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 25 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Yevlax rayonunun Çənlibel qəsəbəsində qeydə alınıb.

Belə ki, E.İsmayılov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsini yolun sağ tərəfindən kənara çıxararaq aşırıb. Nəticədə həmin avtomobildə olan sərnişin, 2022-ci il təvəllüdlü oğlu xəsarət alaraq ölüb.


Hadisədən sonra E.İsmayılov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xəbər lenti
Çox oxunanlar