Qayınanasına xəsarət yetirib, arvadını öldürən şəxsə 20 ilə həbs cəzası verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


 Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Martın 18-da saat 16 radələrində Astara rayonu Şiəkəran kəndində 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın kəsici-deşici alətlə öldürülməsi və anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya xəsarət yetirilməsi polisə məlumat daxil olub.

 
Cinayət əməlinini törətməkdə şübhəli bilinən Ə.Ramazanovanın həyat yoldaşı, 1991-ci il təvəllüdlü Fərmayil Fizuli oğlu Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər lenti
Çox oxunanlar