Müdafiə Nazirliyi sərhəddəki son vəziyyəti AÇIQLADI

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.
azdin.az  xəbər verir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.
***
13:37
Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.
Bu barədə azdin.az a Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.
Əməliyyat şəraiti ordumuzun nəzarətindədir.

Xəbər lenti
Çox oxunanlar