Sürücüsüz taksilər artıq bir sıra ölkədə gələcəyin nəqliyyat vasitəsi kimi təqdim olunur. Müasir texnologiyaların inkişafı nəticəsində insan müdaxiləsi olmadan hərəkət edən bu avtomobillərin yaxın gələcəkdə istifadə dairəsinin genişlənəcəyi gözlənilir.
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat üzrə texniki ekspert Razil Nağıyevin sözlərinə görə, sürücüsüz taksilər və avtonom nəqliyyat texnologiyaları son illərdə sürətlə inkişaf edən və gələcəyin nəqliyyat sistemlərində mühüm yer tutacağı gözlənilən texnologiyalardandır.
O bildirib ki, bu nəqliyyat vasitələri kamera sistemləri, radar, bəzi hallarda LiDAR texnologiyası, GPS və yüksək dəqiqlikli xəritələr vasitəsilə ətraf mühiti analiz edir: “Toplanan məlumatlar süni intellekt tərəfindən emal olunur və nəticədə sürət, əyləc və manevr kimi idarəetmə qərarları formalaşdırılır. Bu texnologiyanın əsas üstünlüklərindən biri insan amilindən qaynaqlanan bəzi risklərin azaldılmasıdır. Sistem yorulmur, diqqəti yayınmır və fasiləsiz fəaliyyət göstərə bilir. Bu baxımdan əməliyyat səmərəliliyinin artırılması və bəzi qəza risklərinin azaldılması mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, hər bir texnoloji sistem kimi, sürücüsüz taksilərdə də müəyyən risklər mövcuddur. Sensor nasazlığı, proqram təminatı problemləri, qeyri-standart yol vəziyyətləri və dəyişkən hava şəraiti sistemin qərarvermə prosesinə təsir göstərə bilər. Bu səbəbdən texniki və əməliyyat xarakterli risklərin tam şəkildə sıfırlanacağına dair mütləq təminat vermək düzgün deyil. Nəticə etibarilə, sürücüsüz taksilər yüksək potensiala malik texnologiya hesab olunsa da, onların təhlükəsiz və etibarlı tətbiqi üçün texniki dayanıqlılıq, nəzarət mexanizmləri və təhlükəsizlik standartlarının davamlı şəkildə inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır”.
Pravda.az
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12