Bu ilin oktyabr ayında Azərbaycan, Türkiyə və Gürcüstün xüsusi təyinatlı bölmələrinin birgə təlimi keçiriləcək.
Bu barədə azdin.az a Müdafiə Nazirliyindən məlumat verilib.Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili arasında sentyabrın 28-də Tbilisidə keçirilən görüşdə təlimlərə hazırlıq məsələləri müzakirə olunub.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23