Azad olunmuş ərazilərdə minalar çox ciddi humanitar təhdiddir, itkilər var.
azdin.az xəbər verir ki, bunu Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.O bildirib ki, beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır: “Əslində bu xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdi və qeyri-dəqiqdir”.
Onun sözlərinə görə, son iki il ərzində mina partlayışlarında çoxsaylı itkilər olub: “390709 ədəd piyada və tank əleyhinə minalar və partlamamış sursatlarla bağlı məlumat var ki bu da tam dəqiq deyil. 2020-ci ilin noyabrın 10-dan bu günə qədər 257 mina qurbanı olub, 44 nəfər həlak olub, 213 nəfər xəsarət alıb. İndiyədək 54 841 hektar ərazi təmizlənib. 2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plan 40000 hektardır. Hansı ki bunun 8 min hektarı yaşayış ərazisidir. Lakin məqsədimiz əlavə xarici resurslar da cəlb edərək illik planı inkişaf etdirmək və minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır”.
Bu gün, 13:52
Bu gün, 12:03
Bu gün, 12:01
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:03
Dünən, 15:43
Dünən, 15:36
Dünən, 15:33
Dünən, 11:53
Dünən, 11:31
Dünən, 10:07
Dünən, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12