Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) fəaliyyətinə heç bir ehtiyac qalmayıb.
Azdin.az xəbər verir ki, bu barədə Teleqraf-a məlumatlı mənbələr bildirilib.
Qeyd olunub ki, rəsmi Bakı heç bir zaman təşkilatın işindən və tutduğu mövqedən razı olmayıb. Bu da səbəbsiz deyil.
“Beynəlxalq Qızıl Xaç Komitəsi 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndində qanunsuz ofis açmışdı. Dəfələrlə Azərbaycan tərəfi qanunsuz rejimlə imzalanmış kağız parçasını istəsə də, komitə onu rəsmi Bakıya verməmişdi.
Bundan başqa, 2020-ci ilin Vətən müharibəsindən sonra və 2023-cü il antiterror əməliyyatlarına qədər Beynəlxalq Qızıl Xaç Komitəsi Xankəndidəki ofisini bağlamadı. Bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini tanımırdı”, - məlumatlı mənbələr bildirib.
O da vurğulanıb ki, BQXK humanitar missiya adı altında qaçaqmalçılıqla məşğul olub, komitənin əməkdaşları Vətən müharibəsi zamanı Ermənistana casusluq edib, Azərbaycan Ordusunun Füzuli istiqamətində əməliyyatlarını dayandırmağa cəhd göstərib:
“Bütün bunları nəzərə aldıqda, hesab edirik ki, artıq bu təşkilata ehtiyac yoxdur”, - mənbə vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərirdi.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12