Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb.
"Azdin.az" xəbər verir ki, “Son zəng” tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Elm və Təhsil Nazirliyinin müşaviri Elnur Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.