Əmək müqavilələrinin e-sənəd formasında bağlanması prosesi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb.
Azdin.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, beləliklə, əmək müqavilələrinin artıq 94 faizi elektronlaşdırılıb.
Əmək müqavilələrinin e-sənəd formasında bağlanması ilə yanaşı, əmək müqaviləsinin dəyişdirilməsi, yaxud ona xitam verilməsi də e-qaydada icra edilir.
İmzalanma prosesi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.
Cari ilin mart ayından “e-Sosial” portalının mobil tətbiqində də əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya işə salınıb. Bu da əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə, müqavilələrin e-qaydada imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edib.
Belə ki, işəgötürənin təsdiq üçün təqdim etdiyi əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur. Nəticədə vətəndaşlar bu müqavilələri e-qaydada (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər.
Bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12