Azərbaycanda iki nəfər meymunçiçəyi testi verib - RƏSMİ

Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb.
Səhiyyə Nazirliyindən azdin.az a verilən xəbərə görə, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur.
Testlərdən istifadəyə gəldikdə bugünə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib. Hər iki şəxsin test nəticəsi neqativdir.

Xəbər lenti
Çox oxunanlar