Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur. Hazırda metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb.
“Bakı Metropoliteni” QSC-dən Azdin.az-a verilən məlumata görə, sıxlığa səbəb qatarlararası intervalın 2,5 dəqiqə olması və qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir:
"Aprelin 22-də günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur".
Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.
Bu gün, 13:52
Bu gün, 12:03
Bu gün, 12:01
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:03
Dünən, 15:43
Dünən, 15:36
Dünən, 15:33
Dünən, 11:53
Dünən, 11:31
Dünən, 10:07
Dünən, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12