TƏBİB-in bu xidməti dayandırıldı

Rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib.
 
Bu barədə TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur.
 
Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib" "mygov" platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

Xəbər lenti
Çox oxunanlar