Rəqəmsallaşmanın sürətlənməsi ilə bank və ödəniş təşkilatlarının biznes portfelinin genişlənməsi dələduzluq hallarının da artmasına səbəb olur.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cüvarov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbirin ikinci günündə deyib.
O bildirib ki, AMB tərəfindən banklardan daxil olan məlumatlar əsasında ötən ilin üçüncü rübündən etibarən dələduzluq əməliyyatları ilə bağlı statistik məlumatların dərcinə başlanılıb.
“Ümumi mənzərə göstərir ki, rəqəmsallaşma artdıqca bankların və ödəniş təşkilatlarının biznes portfeli genişlənir, bununla paralel olaraq fraud (dələduzluq) trendləri də artır”, – deyə o qeyd edib.
E.Cüvarovun sözlərinə görə, ötən ilin ilk iki rübündə müəyyən sabit azalma müşahidə olunsa da, ikinci rübdən etibarən ölkədaxili fraud əməliyyatlarında kəskin artım qeydə alınıb.
“Vizual məlumatlar göstərir ki, ölkəxarici fraud əməliyyatlarında məbləğ nisbətən az, əməliyyat sayı isə çox olur. Bu əsasən kartın fiziki iştirakı olmadan həyata keçirilən elektron ticarət əməliyyatları ilə bağlıdır. Belə hallarda çoxsaylı, lakin nisbətən kiçik məbləğli əməliyyatlar baş verir”, – deyə o əlavə edib.
Bu gün, 12:02
Bu gün, 12:01
Bu gün, 11:59
Dünən, 10:26
Dünən, 10:20
Dünən, 10:19
11-06-2026, 14:22
11-06-2026, 14:20
11-06-2026, 14:01
11-06-2026, 10:42
11-06-2026, 10:29
11-06-2026, 09:44
11-06-2026, 09:42
10-06-2026, 14:26
10-06-2026, 12:37
10-06-2026, 11:10
10-06-2026, 11:08
10-06-2026, 09:23
10-06-2026, 09:20
10-06-2026, 09:18