Azərbaycanda bələdiyyələrin siyahısına dəyişiklik edilib.
azdin.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.Dəyişikliyə əsasən, Kəpəz və Nizami bələdiyyələrinin əhatə etdiyi ərazi dəyişir. Belə ki, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilər - Cavadxan, Məshəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi olacaq. Nizami Bələdiyyəsinin əhatə etdiyi ərazilər - Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi hesab olunacaq.
Qüvvədə olan qanuna görə Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilərə Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazilərə isə Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi aiddir.
Dünən, 13:52
Dünən, 12:03
Dünən, 12:01
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:03
4-06-2026, 15:43
4-06-2026, 15:36
4-06-2026, 15:33
4-06-2026, 11:53
4-06-2026, 11:31
4-06-2026, 10:07
4-06-2026, 09:51
3-06-2026, 17:14
3-06-2026, 14:41
3-06-2026, 14:36
3-06-2026, 14:35
3-06-2026, 11:10
3-06-2026, 09:33
2-06-2026, 16:12